Kimisən

Sən də dünənlər kimisən,
bir az soyuq,bir az uzaq.
Yaşının az olduğu,
arzularının ise çox olduğu o dünənlər kimi.
Və indi yaşının çoxalan,
arzularının azalan vaxtında anladın ki,
həyat əslində elə o arzularla gözəl imiş.
O dünənlərdə idi,
hər gününə min ümid əkib,
her ilinə də neçə sevincin bitəcəyinə inandığın zamanlar.
O dünənlərdə idi,
hər kəs sənin doğman,
hər kəs sənə İNSAN idi.

Bu günündən baxanda isə o özünü "xoşbəxt" saydığın dünənlərdə nə qədər "kaş ki"lər,
nə qədər "təəssüf"lər tapırsan.
Həyat elə bu deyilmi?
Bu günün "ləzzəti" sabahın ağrısına çevrilir zamanla,
ya da tərsinə...
Və sən o dünenler kimisən ki,
əsla qayıdıb uçqunlarını düzəldə bilmədiyin,
bir körpə uşaq kimi əlindən tutub elə o mesumca,
elə o saflıqla gələcəyə götürə bilmədiyin dünənlər kimi.

Sən də arzular kimisən,
bir az isti,bir az uzaq.
İstisinə qızınarsan,
zaman olar yıxılarsan,
zaman olar bölünərsən,
zaman olar üşüyərsən,
hər tikəndə min bir acı,
min bir həsrət,
sabahına min bir ümid,
min bir inam...
Və elə arzu olaraq da qalarsan ən çox arzulanan arzular kimi.

Sən də sevgi kimisən,
bir az dəcəl,bir az susqun.
Zaman olar bir ərköyün uşaq kimi "keçilərin gələr sudan",
zaman olar yastığını daş sanarsan,
qıvrılarsan yatağında ilan kimi.
Zaman olar ayrılığın zülmətinə bürünərsən,
dünya boyda bir sevgini unudarsan yaşanmamış yalan kimi.
Sən də sevgi kimisən,
özünü unutduğun,
dünyaya yenidən doğulduğun,
xəyalında xoşbəxt olub,
gerçəyində isə
bircə toxunuşa,
bircə öpüşə,
bircə sevişməyə hesret böyüyen ən təmiz,
ən uca sevgiler kimi.

Sən də xoşbextlik kimisən,
bir az varmış,bir az yoxmuş.
Adını hardansa duyduğun,
hər setrinde özünü tapacağına ümid etdiyin,
hər kəlməsindən də həyatına yeni bir rəng qatacağın bir xoşbəxtlik kitabı kimi.
O ise əsla tapıb oxuya bilmədiyin xoşbəxtlik kimi.

Sən də həyat kimisən,
bir az şirin,bir az acı.
Şirinliyi gerçək olan arzuları,
acılığı son ümidin qocalığı.
var ağrıdan yaraları,
var Günəşli,ümid dolu,
sevgi dolu sabahları.
Sən də bu həyat kimisən,
nə qədər sıxılsan da,
nə qədər üzülsən də,
nə qədər bezib getmək istəsən də,
yenə də bircə səbəb tapıb yaşamaq istədiyin bu həyat kimi...

Yorumlar

Popüler Yayınlar